Şriftin ölçüsü :

Saytın rəngi :

H.Seyidzadə küşəsi 28 saylı ünvanda başlanılmış abadlıq işləri yekunlaşmaq üzrədir.

08 iyun 2021 | 16:00

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Cəfərov Ruslanın ailə üzvlərinin yaşadığı  H.Seyidzadə küçəsi 28 saylı binanın həyətində və ətraf ərazidə  aparılan abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

Hazırlanmış layihəyə uyğun olaraq 6 girişli, 5 mərtəbəli H.Seyidzadə küçəsi 28 saylı yaşayış binasının fasadında başlanılmış bərpa işləri başa çatdırılıb, binanın həyətində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazi əhalinin ümumi istifadəsinə qaytarılıb, həyətə tamet daşları vurulub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, binanın dam örtüyü əsaslı təmir edilib və binanın giriş hissəsinə Şəhid Cəfərov Ruslanın barelyefi vurulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 4 nöqtədə işıq dirəkləri quraşdırılıb.

Aparılan abadlıq, quruculuq və bərpa-təmir işləri yekunlaşmaq üzrədir.Hal-hazırda yaşıllaşdırma işləri aparılır.

RİH Başçısı qeyd olunan ünvanda olaraq sakinlərlə görüşüb, qaldırdıqları məsələlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

 

 

Keçidlər