Nəsimi rayonunda Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları binanın həyətində və mənzilində əsaslı təmir işləri davam etdirilir.
Nəsimi rayonunda Vətən Müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər davam etdirilir.
Şəhid ailələri və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı binanın həyətində abadlıq-quruculuq işləri davam etdirilir.
Həyata keçirilən abadlıq işləri ilə yanaşı şəhid ailəsinin yaşadığı ciddi təmirə ehtiyacı olan 2 otaqlı 45 saylı mənzilinin əsaslı təmir işləri davam etdirilir.
Rayon İH- nin Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.