Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “26 iyun - Narkotik vasitəlıərin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə "Beynəlxalq Mübarizə Günü" ərəfəsində video-konfrans keçirilib.

24 iyun 2021 | 16:00

Nəsimi rayonunda  26 iyun Narkomanlığa və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası üzvlərinin, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı   Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun Milli informasiya sektorunun, rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin, rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssələri tələbələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə video-konfrans keçirilib.  

Video-konfransı giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı   mübarizə üzrə rayon komissiyasnın sədri Zahid Xəlilov açaraq  bildirdi ki,  sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın dövlət siyasətinin başlıca vəzifələrindən biridir.

Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.

Narkomaniyanın sərhəd tanımayan beynəlxalq problem olduğunu qeyd edən natiq bildirdi ki, insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, transferi ağır fəsadlara yol açır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Tədbirdə Nəsimi rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin əməkdaşı polis kapitanı Yeganə Zeynalova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev,Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev,”Məşədi Dadaş Zülfüqaroğlu məscidi” dini icmasının rəhbəri Şahin Həsənov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadlarından danışmış, məktəbliləri maraqlandıran sualları cavablandırmışlar.

 

Keçidlər