Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda məktəbi qızıl medalla bitirən şagirdlər

20 avqust 2013 | 15:00

Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən verilir. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.
Nəsimi rayonunda fəaliyyət göstərən 29 tam orta təhsil müəssisələrində təhsil alan şagirdlərdən 17 nəfəri bu il məktəbi qızıl medalla bitriməyə müvəffəq olmuşdur.
Təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq Nəsimi rayonunda təhsil alan və aşağıda adları qeyd edilən XI sinif məzunları qızıl medalla təltif olunublar.
Qeyd edək ki, bu il məktəbi qızıl medalla bitirən şagirdlər arasında cənab Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də var.


1. Əliyev Heydər İlham oğlu  -  Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
2. Quliyev Musa Cəmil oğlu -  Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
3. Əsgərov Nural Qabil oğlu  - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
4. Abbasova Abutab Vəkil qızı  - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
5. Hüseynova Fəridə Namiq qızı - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
6. Həsənov Vüqar Laçın oğlu - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
7. Nağıyeva Ülkər Əfqan   qızı - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
8. Əmirli Şəms Telman qızı -Nəsimi rayonu 42 nömrəli tam orta məktəb
9. Qədirli Fərid Fərzəli oğlu - Nəsimi rayonu 164 nömrəli tam orta məktəb
10. Hüseynova Zümrüd Novruzəli qızı - Nəsimi rayonu 164 nömrəli tam orta məktəb
11. Abdullayeva Günel Rahil qızı - Nəsimi rayonu 240 nömrəli tam orta məktəb
12. Rəsulzadə İsmayıl Akif oğlu - Nəsimi rayonu 23 nömrəli tam orta məktəb
13. Zöhrəbbəyova Məryəm Zöhrəb qızı -həri Nəsimi rayonu 23 nömrəli tam orta məktəb
14. Muradova Fatimə Aslan qızı - Nəsimi rayonu 23 nömrəli tam orta məktəb
15. Quliyev Rüstəm Rasim oğlu - Nəsimi rayonu 23 nömrəli tam orta məktəb
16. Aslan Abbas Afiyəddin oğlu - Nəsimi rayonu Bakı Türk Anadolu Liseyi
17. Hüseynli İlkay Elşən qızı - Nəsimi rayonu 54 nömrəli tam orta məktəb

Keçidlər