Nəsimi rayonunda Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Müdafiə Gününə həsr olunan şou-debat keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Nəsimi rayon Gənclər və İdman İdarəsinin və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş şou-debat keçirilib.
"Zoom" platforması üzərindən yayımlanan tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İB-nin sədri Ülviyyə Axundova, debatçılar və gənclər iştirak edib.
Mövzusu "Gənclərin narkomaniyaya yönəlməsində ailə faktoru əsas rol oynayır" olan şou-debatda təsdiq mövqedən Azərbaycan Tibb Universiteti (Gülnaz Hüseynova), Azərbaycan Universiteti (Loğman İsgəndərli), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Mədinə Baratova) debatçılarından təşkil olunmuş "Debateprime" komandası ilə inkar mövqedən çıxış edən Azərbaycan Universiteti (Ariz Məmmədov) və Azərbaycan Dillər Universitetinin (Ellada Məlikova, Səbinə Əlizadə) debatçılarının iştirak etdiyi "Həyat var" komandası qarşılaşıb
.