Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Qarabağ” ordeni ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib.

02 iyul 2021 | 16:00

Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə mərasimi açıq elan edən  rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Yusif Mirzəyev Şəhid baş leytenant Abdullayev Ibrahim Habil oğlunun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verərək qeyd etdi ki, Vətən müharibəsindəki xidmətləri nəzərə alınaraq o, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonra “Qarabağ” ordeni ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib.

Çıxış edən şəhid anası Nərgiz Abdullayeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.

 

Keçidlər