Şriftin ölçüsü :

Saytın rəngi :

S.C.Pişəvəri 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə təmir- bərpa işlərinə başlanılıb.

12 iyul 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Seyid Cəfər Pişəvəri 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə  abadlıq, quruculuq ve yenidənqurma işlərinə başlanılıb. Görüləcək işlər zamanı binaların fasadlarında əsaslı təmir işləri aparılacaq, yağış sularını axıdan borular və navalçalar, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunacaq, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılacaqdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması, yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqların bərpa edilməsi, yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.

RİH başçısı qeyd olunan ünvanda olaraq əmir-bərpa işlərinin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

 

Keçidlər