Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları ünvanda aparılan abadlıq işləri davam etdirilir.

14 iyul 2021 | 16:00

Şəhid Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı ünvanda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq, təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Görülmüş işlər çərçivəsində binanın fasadının əsaslı təmiri başa çatdırılıb, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunub, yaşayış binasının girişlərinin qapı və pəncərələri dəyişdirilib, pilləkən meydançalarında təmir-bərpa işləri yekunlaşıb.

 Hazırda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgah quraşdırılır və Şəhid ailəsinin yaşadığı mənzildə əsaslı təmir işləri davam etdirilir.

Binanın həyətində asfalt örtüyünün vurulması və yeni bardürlərin qoyulması, oturacaqların, müxtəlif növ idman qurğularının və uşaqlar üçün oyun elementlərinin quraşdırılması, həmçinin abadlıq işləri aparılan ərazidə həmişəyaşıl ağacların və gül kollarının əkilməsi  nəzərdə tutulmuşdur.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda olaraq aparılan işlərin operativ və keyfiyyətlə başa çatması üçün aidiyyətı şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər