Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda çoxmənzilli binaların lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.

15 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatlarının maddi texniki bazasının möhkəmləndirilməsi barədə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 05 fevral tarixli sərəncamının icrası ilə əlaqədar Bakı şəhərində, o cümlədən Nəsimi rayonunda çoxmənzilli binaların liftləri yeniləri ilə əvəz olunur.

Görülmüş işlər nəticəsində 2020-ci il ərzində  A.Mustafayev küçəsi ev 10, A.Mustafayev küçəsi ev 14, G.Səfərəliyev küçəsi ev 19, M.Kazımovski küçəsi ev 13, M.Kazımovski küçəsi ev 17, M.Kazımovski küçəsi ev 21, Nizami küçəsi ev  81, Nizami küçəsi ev 91, S.Vurğun küçəsi ev 85, Səfərəliyev küçəsi ev 2, Vidadi küçəsi ev 185, Moskva prospekti ev 96 ünvanlarında ümumilikdə 23 liftin dəyişdirilməsi başa çatdırılıb.

2021-ci ilin müvafiq dövrü ərzində isə, H.Seyidzadə küçəsi 3/1 ünvanında 1,H.Seyidzadə küçəsi 4a ünvanında 6 liftin dəyişdirilməsi işləri davam etdirilir.

RİH başçısı qeyd olunan ünvanlarda olaraq görülən işlərin keyfiyyətli və vaxtında başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər