Nəsimi rayonunda şəhid ailəsinin yaşadığı binanın həyətində və mənzilində əsaslı təmir işlərinə başlanılıb.
Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli, ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Nəsimi rayonunda Vətən Müharibəsi şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Məmmədov Vuqar Elxan oğlunun ailə üzvlərinin yaşadıqları 3 otaqlı Asif Məhərrəmov küçəsi 68a mənzil 49-da əsaslı təmir işlərinə başlanılıb.
RİH başçısı və rayon İcra Hakimiyyətini məsul işçiləri qeyd olunan ünvanda olaraq şəhid ailəsinin üzvləri ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ və keyfiyyətli həlli ilə əlaqədar təmir işlərini həyata keçirən aidiyyəti şəxslərlə müvafiq müzakirələr aparılıb.