Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Abdullayev İbrahim Habil oğlunun doğum günü qeyd olunub.
20 iyul 2021 | 16:00
Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi daim dərin hörmət və ehtiramla yad edilir.
Vətən müharibəsi Şəhidi Abdullayev İbrahim Habil oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin anası 2 saylı Fəxri və Şəhidlər Xıyabanında olmuş, şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarı üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.
Şəhidin anası Nərgiz Abdullayeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.