Nəsimi rayonunda abadlıq işləri davam etdirilir
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində hazırda rayonun Pişəvari küçəsi boyunca piyadaların sərbəst hərəkəti üçün səkilərdə başlanılmış abadlıq işləri davam etdirilir, bəzi yerlərdə səkilər genişləndirilir, bardürlər yeniləri ilə əvəz olunur, tamet daşları vurulur, Alı Mustafayev küçesində yolun əsaslı təmiri ilə əllaqədar kommunikasiya xətləri dəyişdirilir.
Həmçinin yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonun Mir Cəlal küçəsi boyunça park və yaşıllıq zolaqlarında başlanılmış cari təmir işləri davam etdirilir.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq aparılan abadlıq işlərinin keyfiyyətlə həyata keçirilməsi üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.