Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yaşayış binalarının təmiri-bərpa edilməsi istiqamətində işlər davam etdilirir.

05 avqust 2021 | 16:00

Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində H.Seyidzadə küçəsi 27a saylı binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, binanın dam örtüyü cari təmir edilib.Hazırda binanın fasadında təmir-bərpa işləri davam etdirilir.

RİH Başçısı qeyd olunan ünvanda olaraq sakinlər ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib. Həmçinin bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası ilə bağlı  yaradılmış konteyner meydançalarındakı  mövcud vəziyyətlə əlaqədar aidiyyəti şəxslərlə müvafiq fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər