Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Şəhid Cəbrayıl Mikayılovun ailəsini ziyarət ediblər.
“Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Şəhid Cəbrayıl Mikayılovun ailəsinə Xocəsən qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzil verilmişdir.
Şəhid ailəsini yeni mənzilə köçməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları din xadimi Hacı Şahin Həsənli ilə birgə ziyarət ediblər.
Rayon icra Hakimiyyəti tərəfindən Şəhid ailəsinə televizor və ərzaq bağlaması təqdim edilib.
Çay süfrəsi arxasında səmimi söhbət zamanı Şəhid Cəbrayıl Mikayılovun atası Valeh Mikayılov ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvlərinin adından öz minnətdarlığını bildirib.