Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi yeni mənzil verilmiş şəhid ailəsini və Vətən müharibəsi əlilinin ailəsini ziyarət ediblər.

11 avqust 2021 | 16:00

“Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonundan olan Şəhid ailələri və Vətən müharibəsi əlillərinə də Xocəsən qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzillər verilmişdir.

  Yeni mənzilərə köçməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və RİH-nin məsul əməkdaşları Şəhid Mikayılov Cəbrayıl Valeh oğlunun ailəsini və Vətən Müharibəsi əlili İbrahimov Mehman Kamil oğlunu ziyarət ediblər.

Rayon icra Hakimiyyəti tərəfindən Şəhid ailəsinə yataq mebeli dəsti, Vətən müharibəsi əlilinə isə mətbəx mebeli hədiyyə edilib.

Çay süfrəsi arxasında səmimi söhbət zamanı Şəhid Cəbrayıl Mikayılovun atası Valeh Mikayılov və Vətən Müharibəsi əlili Mehman İbrahimov  ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvlərinin adından öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər