Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları ünvanda başlanmış abadlıq işləri yekunlaşmaq üzrədir.

13 avqust 2021 | 16:00

Şəhid Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı ünvanda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq, təmir-bərpa və yenidənqurma işləri başa çatmaq üzrədir.

Görülmüş işlər çərçivəsində binanın fasadının əsaslı təmiri başa çatdırılıb, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunub, yaşayış binasının girişlərinin qapı və pəncərələri dəyişdirilib, pilləkən meydançalarında təmir-bərpa işləri yekunlaşıb, binanın həyətinə yeni asfalt örtüyü vurulub, tamet daşları döşənib və yeni bardürlər qoyulub.

Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgah, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementləri quraşdırılıb, həmçinin abadlıq işləri aparılan əraziyə qazon vurulub, yaşıllıqlarının suvarılması üçün su xətləri çəkilib.

     Şəhid ailəsinin yaşadığı mənzildə əsaslı təmir işləri davam etdirilir.

Rayon İH-nin başçısı qeyd olunan ünvanda sakinlərlə görüşüb,Şəhidin ailəsinin mənzilində aparılan işlərin qısa vaxt ərzində keyfiyyətlə başa çatması üçün aidiyyətı şəxslərə müvafiq tövsiyyələr verilib.

 

 

 

 

Keçidlər