S.Pişəvəri küçəsi 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə başlanılmış abadlıq işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Seyid Cəfər Pişəvəri 12, 14, 18, 20 saylı binaların əhatə etdiyi ərazidə başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Hazırda binaların fasadları əsaslı təmir olunub, binanın giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, tamet daşları vurulub, yeni bardürlər qoyulub və binanın dam örtüyü cari təmir edilib.
Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları, uşaqlar üçün oyun elementləri, şahmat və futbol meydaçalarının quraşdırılması nəzərdə tutulub.
RİH başçısı qeyd olunan ünvanlarda olub, təmir-bərpa işlərinin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verilib.