Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları Vətən müharibəsi əlilinin ailəsini ziyarət ediblər.

16 avqust 2021 | 16:00

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Tədbirlər planına uyğun olaraq Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları tərəfindən II dərəcəli Vətən müharibəsi əlili Babayev Elnur Qüdrət oğlunun ailəsi ziyarət olunub.

Səmimi söhbət zamanı Vətən müharibəsi əlilini narahat edən məsələlər müzakirə olunub, qaldırılan məsələlərin operativ həlli ilə əlaqədar aidiyyəti şəxslərə RİH başçısı tərəfindən müvafiq tövsiyyələr verilib.

Vətən müharibəsi əlilinin ailə üzvləri Vətən müharibəsi əlillərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər