Nəsimi Rayon İcra Hakimiyyətində vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı növbəti müşavirə keçirilib.
Vaksinasiya prosesi respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da uğurla davam edir.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, MKTB-nin,Mənzil tikinti koperativlərinin və Xüsusi təyinatlı Mənzil Kommunal İstismar Sahələri rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində əhali arasında vaksinasiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə növbəti müşavirə keçirilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında pandemiya şəraitində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərdən danışaraq aparılan dövlət siyasətinin mərkəzində insan amilinin sağlamlığının dayandığını qeyd ediblər.
Müşavirədə vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün geniş müzakilər aparılıb.