Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində rayondakı mövcud dini vəziyyətə həsr olunmuş müşavirə keçirilib.

18 avqust 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti rəhbərliyinin və məsul əməkdaşlarının, bələdiyyənin,  hüquq mühafizə orqanları və dini icma rəhbərlərinin iştirakı ilə rayondakı mövcud dini vəziyyətə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edərək bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.

Müşavirədə bildirilib ki, Aşura tədbirləri bu il də, dünyada davam edən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq məhdudiyyətlər şəraitində keçiriləcək.

Müşavirədə çıxış edənlər qeyd ediblər ki, ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün bərabər şərait yaradılıb. 

Həmçinin müşavirədə əhali arasında vaksinasiya ilə bağlı marifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi müzakirə edilib.

Keçidlər