Nəsimi rayonu C.Səlimov küçəsində təmir-bərpa işləri davam etdirilir.
19 avqust 2021 | 16:00
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun C.Səlimov (A.Salamzadə küçəsindən 3-cü mikrorayon dairəsinədək) və A.Mustafayev küçələrində yolların əsaslı təmiri ilə əlaqədar asfalt örtüyünün vurulması, səkilərin təmir-bərpa işlərinin aparılması, yeni bardürlərin qoyulması və kommunikasiya xətlərinin dəyişdirilməsi istiqamətində işlər davam etdirilir.
RİH başçısı əsaslı təmir işləri aparılan ünvanlarda olaraq, işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün təmir işlərini həyata keçirən xidmət təşkilatlarının rəhbərləri və aidiyyəti şəxslərlə müvafiq müzakirələr aparılıb.