Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları ünvanda son tamamlanma işləri aparılır.
Şəhid Bərxudarov Toğrul Məmməd oğlunun ailə üzvlərinin yaşadıqları 20 Yanvar küçəsi 9 saylı binanın həyətində və Şəhid ailəsinin yaşadığı mənzildə son tamamlanma işləri aparılır.
Görülmüş işlər çərçivəsində binanın fasadının əsaslı təmiri başa çatdırılıb, yaşayış binasının girişlərinin qapı və pəncərələri dəyişdirilib, pilləkən meydançalarında təmir-bərpa işləri yekunlaşıb, yağış sularını axıdan borular və navalçalar yeniləri ilə əvəz olunub, tamet daşları döşənib, yeni bardürlər qoyulub və binanın giriş hissəsinə Şəhid Toğrul Bərxudarovun barelyefi vurulub.
Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ idman qurğuları, basketbol meydançası və uşaqlar üçün oyun elementləri quraşdırılıb, həmçinin abadlıq işləri aparılan əraziyə asfalt və qazon vurulub, yaşıllıqlarının suvarılması üçün su xətləri çəkilib.
Hazırda Şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadıqları mənzildə son tamamlanma işləri aparılır.
RİH başçısı qeyd olunan ünvanda olub, təmir-bərpa işlərinin keyfiyyətlə başa çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verilib.