Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 19 və 23a saylı binalarda təmir-bərpa işləri davam etdirilir.

21 avqust 2021 | 16:00

Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində Cavadxan küçəsi 19 və 23a saylı binaların pilləkən meydançalarında əsaslı təmir işləri aparılıb,  giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri zamanı yeni yağış suları axıdan navalça və borularin quraşdırılması  və binanın dam örtüyünün cari təmiri nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər