Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda monitorinqlər davam etdirilir

23 avqust 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin, könüllülərin və  rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən avtobuslarda, metrostansiyalarının girişlərində və ticarət mərkəzlərində reydlər davam etdirilir.

Reydlər zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar və tövsiyyələr verilir. Həmçinin monitorinqlər zamanı vətəndaşlara rayonun gənc könüllüləri tərəfindən tibbi maskalar paylanılır.

\

Keçidlər