Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda monitorinqlər zamanı vətəndaşlara tibbi maskalar paylanılır.

24 avqust 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin, könüllülərin və  rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən avtobuslarda, metrostansiyalarının girişlərində və ticarət mərkəzlərində reydlər davam etdirilir.

Reydlər zamanı sakinlərlə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar və tövsiyyələr verilir.

Keçidlər