Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda reydlər daha da gücləndirilib

25 avqust 2021 | 16:00

Son günlərdə respublikamızda koronavirus pandemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar Nəsimi rayonunda genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

Tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin məsul əməkdaşlarının, könüllülərin və rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən ictimai nəqliyyatda, metrostansiyalarının girişlərində, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər davam etdirilir. Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Rayonda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə reydlər davam etdiriləcəkdir.

 

Keçidlər