Nəsimi rayonunda gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir.
28 avqust 2021 | 16:00
Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.