Şriftin ölçüsü :

Saytın rəngi :

Seyid Cəfər Pişəvəri küçəsi 14 və 20 saylı binalarda təmir-bərpa işləri davam etdirilir.

30 avqust 2021 | 16:00

Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində Seyid Cəfər Pişəvəri küçəsi 20 saylı binanın pilləkən meydançalarında əsaslı təmir işləri aparılıb,  giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni navalça və borular quraşdırılıb, binanın dam örtüyü əsaslı təmir olunub. Hazırda binada son tamamlama işləri aparılır.

Hazırlanmış layihəyə uyğun olaraq S.C.Pişəvəri küçəsi 14 saylı binada əsaslı təmir işləri davam etdirilir, həyətdə mini futbol meydançası və söhbətgahlar quraşdırılır.

Həyətə tamet daşları və bardürlər vurulur. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif növ idman alətləri quraşdırılması və idman meydançalarnın yaradaılması nəzərdə tutulub.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

 

 

Keçidlər