Şriftin ölçüsü :

Saytın rəngi :

S.C.Pişəvəri 14 və 20 saylı binaların əhatə etdiyi ərazidə təmir- bərpa işləri davam etdirilir.

13 sentyabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Seyid Cəfər Pişəvəri 14 və 20 saylı binaların əhatə etdiyi ərazidə  abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazırda binaların həyətlərinə tamet daşlarının və yeni bardürlərın qoyulması işləri başa çatdırılıb, binaların fasadlarında aparılan  əsaslı təmir və sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahların quraşdırılması yekunlaşmaq üzrədir.

Hazırlanmış tədbirlər planına uyğun olaraq binaların həyətində oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması üçün hazırlıq işləri aparılır.

Rayon İcra Hakimiyyətinin başçısı abadlıq işləri aparılan ərazidə olaraq, təmir işlərinin operativ və keyfiyyətlə başa  çatdırılması üçün aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər