Nəsimi rayonunda Vətən Müharibəsi Şəhidlərinin ailələri ziyarət olunub.
16 sentyabr 2021 | 16:00
Respublikamızın hər bir yerində olduğu kimi, Bakı şəhərinin Nəsimi rayonunda da Şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilir.
27 sentyabr Anım Günü ərəfəsində Vətən Müharibəsi Şəhidləri – Toğrul Bərxudarovun, Faiq Həsənovun, Rəşad Zeynallının və Hacırza Rzayevin ailələri rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunub.
Görüş zamanı şəhidlərimizin 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolları və qəhrəmanlıqları barədə söhbət edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.