Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeni mənzil verilmiş şəhid ailəsinə və Vətən müharibəsi əlilinə mebel dəsti hədiyyə olunub.

17 sentyabr 2021 | 16:00

“Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonundan olan Şəhid ailələri və Vətən müharibəsi əlillərinə də Xocəsən qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzillər verilmişdir.

  Yeni mənzilərə köçməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və RİH-nin məsul əməkdaşları Şəhid Mikayılov Cəbrayıl Valeh oğlunun ailəsini və Vətən Müharibəsi əlili İbrahimov Mehman Kamil oğlunu ziyarət ediblər.

Rayon icra Hakimiyyəti tərəfindən Şəhid ailəsinə yataq mebeli dəsti, Vətən müharibəsi əlilinə isə mətbəx mebeli hədiyyə edilib.

Keçidlər