Nəsimi rayonunda ümumtəhsil müəssisələrində dezinfeksiya işləri aparılır
20 sentyabr 2021 | 16:00
Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Yeni tədris ilinin başlanması ilə əlaqədar rayon ərazisində sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür, rayon İcra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil müəssisələrində və ətraflarında dezinfeksiya işləri həyata keçirilir.