Nəsimi rayonunda Vətən Müharibəsi Şəhidlərinin ailələri ziyarət olunub.
25 sentyabr 2021 | 16:00
27 sentyabr Anım Günü ərəfəsində Vətən Müharibəsi Şəhidləri – İsmayıl Kərimlinin və Mirhəmid Qasımlının ailələri rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunub.
Görüş zamanı şəhidlərimizin 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolları və qəhrəmanlıqları barədə söhbət edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.