Şriftin ölçüsü :

Saytın rəngi :

Seyid Cəfər Pişəvəri küçəsi 14 və 20 saylı binalarda təmir-bərpa işləri davam etdirilir.

28 sentyabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Seyid Cəfər Pişəvəri 14 və 20 saylı binaların əhatə etdiyi ərazidə  abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazırda binaların həyətlərinə yeni qazon örtüyü salınır, yaşıllaşdırma işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Keçidlər