Nəsimi rayonunda “Qürur tariximiz” adlı tədbir keçirilib.
Sentyabrın 27-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Anım gününə həsr olunan “Qürur tariximiz” adlı tədbir keçirildi.
Tədbirin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaq məqsədi daşıyırdı.
Tədbirdə mərkəzin bədii qiraət, teatr, rəqs, vokal dərnəyinin istedadlı və fəal uşaqlarının iştirakı ilə ədəbi-bədii kompozisiya baş tutdu. Rəsm, dizayner, dekotariv-tətbiqi sənət ilə məşğul olan uşaqlar və gənclər Qarabağ atlarının təsviri olan böyük və kiçik maketlərin üzərində kompozisiyalar işlənilmiş, müxtəlif materiallarda rəsmlər çəkdilər.Tədbirdə mərkəzin gənc rəssamlarının vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərin sərgisi də nümayiş etdirildi.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Muxtar Məmmədov , Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Xalq Rəssamı Arif Hüseynov, Xalq artisti Nürəddin Mehdixanlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Firidunbəy bəy Köçərli adına Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhid ailələri, qazilər və digər qonaqlar da iştirak etdilər.