Şriftin ölçüsü :

Saytın rəngi :

Bərxudarov Toğrul Məmməd oğlunun Şəhid olduğu gündən 1 il ötür.

30 sentyabr 2021 | 16:00

2021/05/12946-1622365843.jpg

 

line
Soyad: Bərxudarov
Ad: Toğrul
Ata adı: Məmməd
Doğum tarixi: 30.06.1984
Şəhid olub: 30.09.2020
Rütbə: mayor
Təltifləri

«Vətən uğrunda» medalı«Hərbi xidmətlərə görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı

Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Digər təltifləri

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)

 

Keçidlər