Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanında yerləşən mövcud parkda əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.

30 sentyabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə 20 Yanvar küçəsi 21 ünvanında xatirə kompleksinin inşaası nəzərdə tutulub.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazidə tamet və qazon vurulacaq, yeni oturacaqlar qoyulacaq.

Parkın Zəfər günü ərəfəsində sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Keçidlər