Şriftin ölçüsü :

Saytın rəngi :

Ələsgərov Ələkbər İsgəndər oğlunun Şəhid olduğu gündən 1 il ötür.

01 oktyabr 2021 | 16:00

 

line
Soyad: Ələsgərov
Ad: Ələkbər
Ata adı: İsgəndər
Doğum tarixi: 03.09.1998
Şəhid olub: 01.10.2020
Rütbə: Əsgər
Təltifləri

«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Ələkbər Ələsgərovdur.
 
Ələkbər İsgəndər oğlu Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində Kubinkada anadan olub. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirib. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olub.

Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon "N" saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkib.

Ələkbər Ələsgərov general Polad Həşimovunn ölümündən sonra könüllü orduya yazılıb. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə vuruşub. Ələkbər Ələsgərov 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanləğında dəfn edilib. Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə yazmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Keçidlər