Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib.

01 oktyabr 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətində rayonun kommunal, təsərrüfat və digər qurumlarının rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq vəziyyətinə və hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətinə dair müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əvvəlcə son günlər Bakı şəhərinə yağan yağışla bağlı yaranan problemlərdən danışaraq xidmət sahələrinin rəhbərlərinə əlaqəli şəkildə yaranan problemlərin operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyyələr verdi. Bildirildi ki, Bakı şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib.

Müşavirədə aidiyyatı strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Bakı şəhərində, o cümlədən Nəsimi rayonunda kommunal xidmət strukturlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb. Qeyd olunub ki, kommunal xidmət strukturları payız-qış aylarında yarana biləcək problemlərin dərhal  operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.

Müşavirədə çıxış edən kommunal xidmət sahələrinin rəhbərləri payız-qış mövsümünə hazırlıq ilə əlaqədar görülmüş işlər barədə geniş məlumat verdilər.

Keçidlər