Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.

02 oktyabr 2021 | 16:00

1 oktyabr  prokurorluq işçilərinin peşə bayramı münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində  tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik edərək prokurorluq orqanların keçdiyi şərəfli yol barədə məlumat verib.

Natiq çıxışına davam edərək bildirdi ki, Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində prokurorluq orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.

Nəsimi rayon prokuroru Həsən Hənifəyev çıxış edərək prokurorluq orqanlarında aparılan islahatlardan danışıb. Müstəqillik illərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun  o cümlədən, Nəsimi rayon prokurorluğunun əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verib.

Tədbirin sonunda bir qrup prokurorluq əməkdaşına rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər