Hənifə Ələsgərov küçəsində səkilərdə aparılan təmir və bərpa işləri davam etdirilir.
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülən işlər çərçivəsində rayonun Hənifə Ələsgərov küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərdə cari təmir və bərpa işləri aparılır.
Təmir və bərpa işləri zamanı səkilərdəki tamet daşları bərpa olunur, yeni bardürlər qoyulur,müasir piyada zolaqları, xüsusi olaraq gözdən əlil insanların hərəkəti üçün sarı piyada zolaqları yaradılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.