Seyid Cəfər Pişəvəri küçəsi 14 və 20 saylı binalarda aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində Seyid Cəfər Pişəvəri küçəsi 20 saylı binanın pilləkən meydançalarında əsaslı təmir işləri aparılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni navalça və borular quraşdırılıb, binanın dam örtüyü əsaslı təmir olunub.
Hazırlanmış layihəyə uyğun olaraq S.C.Pişəvəri küçəsi 14 saylı binada əsaslı təmir aparılıb, həyətdə mini futbol meydançası və söhbətgahlar quraşdırılırb.
Həyətə tamet daşları və bardürlər vurulub. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif növ idman alətləri quraşdırılıb və idman meydançaları yaradılıb.
RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.