Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda tələbələrlə qazi və şəhid ailələrinin görüşü keçirilib.

07 oktyabr 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  tələbələrlə qazi və şəhid ailələrinin görüşü keçirilib.

Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə tədbiri açıq elan edən  rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır. 

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarına qaziləri və şəhid ailələrini təqdim etmişdir.

Tədbirdə iştirak edən şəhid ailələri və qazilər tələbələri maraqlandıran sualları cavablandırmışlar. Tədbirin sonunda Şəhid ailəsi və qazilərlə xatirə şəkili çəkilmişdir.

 

Keçidlər