Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda məzunlarla görüş

16 sentyabr 2013 | 15:00

2012-2013-cü tədris ilində Nəsimi rayonunda da kifayət qədər uğurlar əldə edilib. Rayonun 3 məktəbi (35, 46 saylı tam orta məktəblər, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi) “İlin ən yaxşı məktəbi”, 8 müəllim “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olmuşlar.
Bu il orta məktəbləri 1794 nəfər bitirmiş, 11 nəfər qızıl medal almış, 1224 məzun ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanlardan 58-i 600-dən, onlardan 20-si isə 650-dən yuxarı bal toplamışdır. 4 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.
Nəsimi Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olunmuşrayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir.
Görüşü rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq gəncləri əldə etdikləri uğurla əlaqədar təbrik etdi, onlara müvəffəqiyyət arzuladı. O, son illər ölkəmizdə dövlətimiz tərəfindən təhsilə göstərilən yüksək qayğıdan danışdı və bu sahəyə dövlət başçımızın xüsusi diqqət yetirdiyini vurğuladı. Natiq bildirdi ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır.
Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Nəsib Məhəməliyev məzunları bir daha təbrik edərək onlara xoş arzularını bildirdi.
Sonra məzunlara qiymətli hədiyyələr verildivə onlarla xatirə şəkil çəkdirildi.

Keçidlər