Nəsimi rayonunda koronavirus (COVID-19) infeksiyası əleyhinə əhalinin peyvəndlənməsi prosesi uğurla davam etdirilir.
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Nəsimi rayonunda əhalinin peyvəndlənməsi prosesi uğurla davam etdirilir, eyni zamanda rayonda “booster” doza ilə peyvəndolunma mərhələsinə başlanılıb. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları “booster” dozası ilə peyvənd olunub.
Bu işlərin mütəşəkkil qaydada təşkili edilməsi və səmərəliliyinin artırılması üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən rayon ərazisində yaşayan bütün sakinlərin, dövlət və qeyri-dövlət sektorunda, o cümlədən ümumtəhsil müəssisələrində və digər qurumlarda işləyənlərin, pensiya, müavinət, ünvanlı dövlət sosial yardımı alanların, ali və orta ixtisas təhsili müəssisələrində 18 və daha yuxarı yaşda olan tələbələrin peyvəndlənmə prosesinə cəlb olunması və bu məqsədlə maarifləndirmə-izahat işinin daha da gücləndirilməsi, habelə digər zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.