Nəsimi rayonunda Bilik günü ilə bağlı tədbirlər keçirildi
16 sentyabr tarixdə yeni dərs ilinin başlanması münasibətilə Nəsimi rayonu ərazisindəki orta məktəblərdə Bilik günü təntənəli şəkildə qeyd edilmişdir. Tədbirlərdə çıxış edən Nəsimi rayon İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev müəllim və şagirdləri təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır. O demişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyası bu gün uğurla davam etdirilir. Gənc nəslin lazımi səviyyədə təhsil alması, savadlı vətəndaşlar kimi formalaşması dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələlərdəndir. Azərbaycan təhsili böyük inkişaf dövrünü yaşayır. Son 10 ildə iki mindən çox yeni məktəb inşa edilmişdir. Bir çox məktəblərdə əlavə korpuslar inşa edilmiş, əsaslı təmir işləri həyata keçirilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üzrə ümumilikdə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb. Bütün bu uğurlar təhsilin dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlanmasının bariz nümunəsidir. Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.