Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Zəfər bizimdir” adlı tədbir keçirilib.

20 oktyabr 2021 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzin birgə tşəkilatçılığı ilə “Zəfər bizimdir” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi, dərnək üzvləri və  Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə dərnək üzvlərinin əl işləri ilə tanış oldular.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Tədbirin sonunda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları kompozisiyalar tədbir iştirakçılarına təqdim olundu.

Keçidlər