Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Bilik günü ilə əlaqədar əsaslı təmirdən sonra istifadəyə verilən 9, 159 və 211 saylı tam orta məktəblərdə təntənəli mərasimlər keçirilmişdir.

17 sentyabr 2013 | 15:00

Nəsimi rayonunda əsaslı təmirdən sonra istifadəyə verilmiş 9, 159 və 211 saylı tam orta məktəblərdə keçirilən mərasimlərdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, İcra Hakimiyyətinin nümayəndələri, məktəblərin müəllim kollektivi, şagirdlər  və valideynlər iştirak etmişlər. Əvvəlcə əsaslı təmir olunmuş məktəb binalarının açılışını bildirən rəmzi lent məktəblərin şagirdləri tərəfindən təntənəli surətdə kəsilmişdir.
Tədbirlərdə çıxış edən Nəsimi rayon İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev son illər Nəsimi rayonunda təhsil sahəsində böyük nailiyyətlərin əldə edildiyindən danışmış,  məktəblərin kollektivlərini və şagirdləri Bilik günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirmişdir.
Qeyd edək ki, Nəsimi rayonunda 29 tam orta məktəb fəaliyyət göstərir. Son illər 23 məktəb əsaslı təmir edilmiş, 16 körpələr evi – uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirlməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Keçidlər