Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyətində 3-cü doza (“booster” doza) vaksinin vurulması prosesinin sürətləndirilməsi ilə bağlı müşavirə keçirilib.

26 oktyabr 2021 | 16:00

Əsas məqsədi cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması olan vaksinasiya prosesi respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da uğurla davam edir.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Rayon Bələdiyyəsi sədrinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, rayon ərazisində fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələrinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində əhali arasında 3-cü doza (“booster” doza) vaksinin vurulması ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə növbəti müşavirə keçirilib.

Müşavirədə çıxış edən RİH başçısı Asif Əsgərov bildirdi ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində əhalinin peyvəndlənməsi prosesi davam etdirilir və eyni zamanda “booster” doza ilə peyvəndolunma mərhələsinə başlanılmışdır. Natiq çıxışına davam edərək, vaksin əldə edən ilk ölkələrdən biri olaraq respublikamızda koronavirusa qarşı aparılan mübarizə modelinin dünyada nümunəvi qəbul edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd olundu ki, Nəsimi rayon İcra Hakimiyyətində də könüllülərdən ibarət monitorinq qrupları yaradılıb və əhalinin vaksinləşmə prosesinə cəlb olunması istiqamətində işlər aparılır.

Müşavirədə vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması ilə əlaqədar aidiyyatı qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər