Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda I Qarabağ müharibəsi Şəhidi Namiq Məlikovun, Vətən müharibəsi Şəhidləri - Aqşin Novruzov və Teymur Həsənovun xatirə barelyeflərinin açılışı olub.

27 oktyabr 2021 | 16:00

Nəsimi rayonunda, N.Məlikov və C.Səlimov küçələrinin kəsişməsində rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, şəhidlərin ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə I Qarabağ müharibəsi Şəhidi Namiq Məlikovun, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medallarla təltif edilmiş Vətən müharibəsi Şəhidi Aqşin Novruzovun və "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medallarla təltif edilmiş Vətən müharibəsi Şəhidi Teymur Həsənovun xatirə barelyeflərinin açılışı olub.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər